Muxtəsər təfsir
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ ﴿١٥﴾
Yer üzündə gəzib-dolaşmanızı və orada məskunlaşmanızı sizin üçün asanlaşdıran Allahdır. Yerin hər tərəfini gəzin və Allahın orada sizin üçün hazırladığı ruzidən yeyin. Haqq-hesab çəkilməyiniz və etdiyiniz əməllərin əvəzini almağınız üçün qayıdış da təkcə Onadır.