×

الجمعة

Ayə 9

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نُودِىَ لِلصَّلَوٰةِ مِن يَوْمِ ٱلْجُمُعَةِ فَٱسْعَوْا۟ إِلَىٰ ذِكْرِ ٱللَّهِ وَذَرُوا۟ ٱلْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿٩﴾

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Cümə günü imam minbərə qalxdıqdan sonra müəzzin namaza çağırdığı zaman xütbəni dinləmək və namaz qılmaq üçün məscidə tələsin və alış-verişi buraxın ki, o sizi Allaha itaət etməkdən yayındırmasın. Ey möminlər! Bilsəniz cümə namazı üçün verilən azandan sonra alış-verişi tərk etmək sizin üçün nə qədər xeyirlidir! Elə isə Allahın sizə emr etdiyini yerinə yetirin.