Muxtəsər təfsir
هُوَ ٱلَّذِى بَعَثَ فِى ٱلْأُمِّيِّـۧنَ رَسُولًا مِّنْهُمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَـٰلٍ مُّبِينٍ ﴿٢﴾
Yazıb-oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Peyğəmbər onlara Allahın ona nazil etdiyi ayələrini oxuyar, onları küfrdən və pis əxlaqdan təmizləyər, onlara Quranı və sünnəni öyrədər. Halbuki o, onlara peyğəmbər göndərilməmişdən əvvəl açıq-aydın haqdan azmış idilər. Belə ki, həmin vaxt onlar bütlərə ibadət edir, bir-birinin qanını tökür və qohumluq əlaqələrini kəsirdilər.