Muxtəsər təfsir
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ ۗ قَدْ فَصَّلْنَا ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَفْقَهُونَ ﴿٩٨﴾
Sizi tək bir candan, atanız Adəmdən yaradan pak və uca olan Allahdır. Allah sizin yaradılışınıza atanızı torpaqdan yaradaraq başlamışdır. Sonra isə sizi ondan yaratmışdır. Allah sizin üçün analarınızın bətinləri kimi qərar tutacağınız və atalarınızın belləri kimi əmanət saxlandığınız bir yer yaratmışdır. Artıq Biz ayələri Allahın kəlamını anlayan bir qövmə izah etdik.