Muxtəsər təfsir
وَهَـٰذَا كِتَـٰبٌ أَنزَلْنَـٰهُ مُبَارَكٌ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿٩٢﴾
Ey Peyğəmbər! Bu Quran, Məkkə əhalisinin, habelə yer üzünün məşriqində və məğribində yaşayan insanların doğru yola yönəlməsi üçün sənə nazil etdiyimiz, özündən əvvəl nazil edilmiş səmavi kitabları təsdiq edən mübarək bir Kitabdır. Axirət həyatına iman gətirənlər bu Qurana iman gətirir, içində buyurulanlara əməl edir və namazlarının rükunlarını, fərzlərini və müstəhəblərini şəriətin müəyyən etdiyi vaxtlarda yerinə yetirərək qoruyub saxlayarlar.