Muxtəsər təfsir
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَـٰهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَـٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُوا۟ بِهَا بِكَـٰفِرِينَ ﴿٨٩﴾
Bu adları çəkilən peyğəmbərlər, Biz onlara kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslrdir. Əgər sənin qövmün peyğəmbərlərə verdiyimiz bu üç şeyi inkar edirlərsə, Biz onları inkar etməyən, əksinə, bunlara iman edib və bunlardan möhkəm yapışan başqa bir qövm təyin edib hazırlamışıq. Bu kimsələr qiyamət gününədək onların yolunu tutub gedən mühacir və ənsarlardır.