Muxtəsər təfsir
قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَـٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَـٰبٌ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٧١﴾
Ey Peyğəmbər, müşriklərə de: "Məgər biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verəməyə qadir olmayan bütlərəmi ibadət edəcəyik?! Allah bizi doğru yola müvəffəq etdikdən sonra, şeytanların azdırıb çaşbaş buraxaraq doğru yola yönəlməyən kimsə kimi iman etdikdən sonra mürtədmi olacağıq?!" Halbuki onun doğru yolda olan mömin dostları onu haqqa çağırdıqda isə o, onların çağırışlarına cavab verməkdən imtina edirdi. Ey Peyğəmbər, onlara de: "Həqiqətən Allahın doğru yolu, doğru haqq yoldur! Allah bizə, pak və uca olan Allaha ibadət edməyi əmr edmişdir. O, aləmlərin Rəbbidir.