Muxtəsər təfsir
قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ ۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ ٱلْحَقَّ ۖ وَهُوَ خَيْرُ ٱلْفَـٰصِلِينَ ﴿٥٧﴾
Ey Peyğəmbər! Müşriklərə de: "Mən öz istəyimə deyil, Rəbbimdən nazil edilən açıq-aydın dəlilə əsaslanıram. Lakin siz bu dəlili yalan saydınız. Sizin səbirsizliklə tələb etdiyiniz əzab və fövqəladə möcüzələr məndə deyildir. Bu, yalnız Allahın əlində olan bir işdir. Hökm - həmçinin tələb etdiyiniz də - yalnız tək Allaha məxsusdur. Allah haqqı söyləyir və haqqla hökm verər. Pak olan Allah, haqqlını haqqsızdan ayırd edənlərin ən yaxşısıdır".