Muxtəsər təfsir
إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ ﴿٣٦﴾
Sənin gətirdiyin dini ancaq sözü dinləyib başa düşənlər qəbul edər. Kafirlər isə ölüdürlər, onlar səni anlamazlar, çünki onların qəlbləri artıq ölmüşdür. Ölülərə gəldikdə isə, Allah qiyamət günü onları dirildəcək, sonra da onlar etdikləri əməllərin əvəzini almaq üçün tək Onun hüzuruna qaytarılacaqlar.