Muxtəsər təfsir
قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَـٰكِنَّ ٱلظَّـٰلِمِينَ بِـَٔايَـٰتِ ٱللَّهِ يَجْحَدُونَ ﴿٣٣﴾
Ey Peyğəmbər! Biz bilirik ki, onların aşkarda səni yalan saymaları səni kədərləndirir. Bil ki, onlar, sənin sadiqliyinə və düzgünlüyünə bələd olduqları üçün, qəlblərində səni yalançı hesab etmirlər. Lakin onlar zalım bir qövmdür, sənin peyğəmbər olduğunu zahirdə inkar etsələr də, qəlblərində buna yəqin inanırlar.