Muxtəsər təfsir
قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةً قَالُوا۟ يَـٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿٣١﴾
Qiyamət günü dirilməyi və Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. Qiyamət saatı onları qəflətən, xəbərsiz halda haqladıqda onlar böyük peşmançılıq çəkib, öz günahlarını bellərində daşıyaraq deyəcəklər: "Qiyamət günü üçün hazırlıq görməyib Allaha qarşı küfr edərək Allaha itaət barəsində etdiyimiz təqsirlərə görə vay halımıza!" Bellərində daşıdıqları bu günahlar necə də pisdir!