Muxtəsər təfsir
وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴿٣﴾
O, həm göylərdə, həm də yerdə haqqlı olaraq ibadət edilən pak olan Allahdır. Ona heç bir şey gizli qalmaz. O, gizlində saxladığınız niyyətləri, sözləri və əməlləri də, bunlardan aşkara çıxardığınızı da bilir. O, bu əməllərin əvəzini sizə verəcəkdir.