Muxtəsər təfsir
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَـٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿٢٥﴾
Ey Peyğəmbər! Müşriklərdən Quran oxuduğun zaman səni dinləyənlər də vardır. Lakin onların inadkarlığları və üz çevirmələri səbəbindən Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da, haqqı eşidib faydalanmasınlar deyə tıxac vurduq. Elə buna görə də onlar eşitdikləri ayələrdən faydalana bilməzlər. Onlar istənilən açıq-aydın dəlilləri görsələr belə, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə haqq barədə batil ilə mübahisə edərək: "Bu gətirdiyin, keçmişdəkilərin kitablarından əldə olunan məlumatdan başqa bir şey deyildir"– deyərlər.