×

الأنعام

Ayə 150

Muxtəsər təfsir

قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَـٰذَا ۖ فَإِن شَهِدُوا۟ فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ ﴿١٥٠﴾

Ey Peyğəmbər! Allahın onlara halal etdiyini özlərinə haram edən müşriklərə de: "Siz bunu, Allahın haram etdiyini iddia edirsiniz. Elə isə haram etdiyiniz bu şeylərin Allahın haram etdiyinə dair şahidlərinizi gəti­rin, qoy onlar şəha­dət versinlər ki, həqiqətən də, bunu Allah haram bu­yurmuşdur". Ey Peyğəmbər! Əgər onlar elmsiz olaraq bunları Allahın haram etdiyinə şəhadət ver­sə­lər, sən onların bu şəhadətlərinə inanma. Çünki onlar yalan danışırlar. Ağıllarını özlərinə hakim qəbul edəblərin, Allahın onlara halal etdiyini özlərinə haram edərək ayələrimizi yalan sa­yanların və axirətə inan­­mayan­ların is­təklə­rinə uyma. On­lar baş­qa­la­rını öz Rəbbinə şərik qoşurlar və tay tuturlar. Axı belə bir kimsəyə necə tabe olmaq olar?!