Muxtəsər təfsir
قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَـٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ ۚ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ﴿١٤٠﴾
Ağılsızlıqları və cahillikləri üzündən öz övladlarını öldürən və Allaha iftira ataraq Allahın onlara ruzi olaraq verdiyi heyvanları haram edənlər həlak oldular. Onlar doğru yoldan azdılar və bu yola yönəlmədilər.