Muxtəsər təfsir
قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿١٤﴾
Ey Peyğəmbər! Allahla yanaşı başqa bütlərə və s. məbudlara ibadət edən müşriklərə de: "Mənim? Allahdan başqasını özünə dost tutub, ondan yardım diləməyin ağılabatan bir şeydirmi?! O, göyləri və yeri misilsiz olaraq, heç vaxt belə bir yaradılış olmadan yaratmışdır. O, qullarından istədiyinə ruzi verir. Ona isə heç kəs ruzi vermir. O, qullarına möhtac deyil, əksinə qulları Ona möhtacdırlar. Ey Peyğəmbər! De: "Mənə Pak olan Rəbbim bu ümmətdən mənə Allaha təslim olanların və Ona boyun əyənlərin ən birincisi olmağı əmr etdi və Ona başqasını şərik qoşanlardan olmağı qadağan etdi".