Muxtəsər təfsir
وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَـٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْـَٔايَـٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ ﴿١٠٩﴾
Müşriklər bacardıqları ən möhkəm andlarla Allaha and içdilər ki, əgər Muhəmməd - səllallahu aleyhi və səlləm - onların təklif etdikləri ayələrdən hər hansı birini gəlsə, mütləq ona inanacaqlar. Ey Peyğəmbər! Onlara de: "Tələb etdiyiniz ayələr məndə deyil ki, onları sizin üçün nazil edim. Onlar Allahın yanındadır və istədiyi vaxt nazil edir". Ey Möminlər! Siz haradan biləsiniz ki, əgər bu ayələr onların tələbinə uygun olaraq gəldikdə onlar yenə də iman gətirməyəcəklər. Əksinə, yenə də öz inadkarlığında qalıb, inkar edəcəklər, çünki onlar haqq yolunu istəmirlər.