×

المجادلة

Ayə 9

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَنَـٰجَيْتُمْ فَلَا تَتَنَـٰجَوْا۟ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَتَنَـٰجَوْا۟ بِٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿٩﴾

Ey Allaha iman gətirənlər və Onun buyuruqarını yerinə yetirənlər! Yəhudilər kimi öz aranızda günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə xəlvətcə, altdan-altdan danışmayın. Öz aranızda Allaha itaət etmək və Ona asi olmamaq barədə danışın, Allahın əmrlərini yerinə yetirmək və qadağan etdiklərindən çəkinməklə Allahdan qorxun. Qiyamət günü siz haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün təkcə Onun hüzuruna toplanacaqsınız.