×

المجادلة

Ayə 2

Muxtəsər təfsir

ٱلَّذِينَ يُظَـٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَـٰتِهِمْ ۖ إِنْ أُمَّهَـٰتُهُمْ إِلَّا ٱلَّـٰٓـِٔى وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًا مِّنَ ٱلْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ ﴿٢﴾

Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlər, yəni, onlardan hər birinin öz zövcəsinə: "Sən mənə anam kimi məhrəmsən" - deyənlər yalan danışırlar. Onların zövcələri heç də onların anaları kimi deyillər, əksinə, anaları onları dünyaya gətirmiş qadınlardır. Onlar o sözü deyəndə, çirkin və yalan söz danımış olurlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Allah onlar üçün, günahlarını yusunlar deyə, kəffarə vermələrini buyurmuşdur.