×

المجادلة

Ayə 12

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَـٰجَيْتُمُ ٱلرَّسُولَ فَقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿١٢﴾

Səhabələr Peyğəmbərlə -səllallahu aleyhi və səlləm- xəlvəti söhbətlər çoxaldığı zaman Uca Allah belə buyurdu: Ey iman gətirənlər! Peyğəmbərlə xəlvəti söhbət etmək istədiyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Qabaqcadan verəcəyiniz bu sədəqə sizin üçün daha xeyirli və daha pakdır. Çünki bu əməldə Allaha itaət var ki, bu da qəlbləri təmizə çıxarır. Əgər sədəqə vermək üçün bir şey tapmasanız, Peyğəmbərlə xəlvəti söhbət etmək sizə günah sayılmaz. Həqiqətən, Allah Öz qullarının günahlarını bağışlayır, onlara rəhm edir və onları yalnız qüvvələri çatdığı qədər mükəlləf edir.