Muxtəsər təfsir
هُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۖ وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٤﴾
Hərçənd, O, göyləri və yeri altı gündə yaratmış - bazar günü başlamış və cümə günü bitirmişdir, lakin O, bunları bir göz qırpımından da tez yaratmağa qadirdir. Sonra pak və müqəddəs Allah ərşə yüksəlmiş və ora Özünə layiq tərzdə ucalmışdır. O, yerə girən yağışı, toxumu və sairəni, oradan çıxanı bitkiləri, mədənləri və sairəni, göydən enən yağışı, vəhyi və sairəni və oraya qalxan mələkləri, insanların əməllərini və ruhlarını biləndir. Ey insanlar! Siz harada olsanız, O Öz elmi ilə sizinlədir. Sizin işlərinizdən heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdiklərinizi görür. Əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə bu əməllərin əvəzini verəcəkdir.