Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَءَامِنُوا۟ بِرَسُولِهِۦ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِۦ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِۦ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿٢٨﴾
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxun və Onun rəsuluna iman gətirin ki, O sizə Muhəmmədə (səllallahu aleyhi və səlləm) və əvvəlki peyğəmbərlərə iman gətirdiyinizə görə iki pay - savab və mükafat bəxş etsin, sizə dünya həyatınızda düz yolla getməyiniz, həmçinin, qiyamət günü sirat körpünün üstünü işıqlandırmanız üçün nur versin və günahlarınızı əff edib, onlara görə sizə cəza vermədən sizi bağışlasın. Pak və müqəddəs Allah Öz qullarını bağışlayandır, onlara rəhm edəndir.