×

الحديد

Ayə 25

Muxtəsər təfsir

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِٱلْبَيِّنَـٰتِ وَأَنزَلْنَا مَعَهُمُ ٱلْكِتَـٰبَ وَٱلْمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلْقِسْطِ ۖ وَأَنزَلْنَا ٱلْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ ﴿٢٥﴾

Biz elçilərimizi tutarlı də­lillərlə və aydın sübutlarla göndərdik və onlarla bir­lik­də kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli olsunlar. Biz özün­də çox böyük qüv­və və insanlar üçün mənfəətlər olan dəmiri nazil etdik. O dəmir ki, ondan silah düzəldilir, habelə, insanların sənaye və əkinçilik sahələrində istifadə edilir. Biz onu nazil etdik ki, Allah, Onu görmədən Ona və elçilə­rinə kömək göstərən­ qullarını üzə çı­xartsın. Həqiqətən, Allah qüv­vətlidir, qüdrət­li­dir, heç kəs Ona nə üstün gələ bilər, nə də Onu aciz qoya bilər.