Muxtəsər təfsir
وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَ ۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَـٰتِنَآ أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْجَحِيمِ ﴿١٩﴾
Allaha və Onun elçilərinə iman gətirənlər, bu elçilərin arasında fərq qoymayanlar – məhz onlar doğru olanlardır. Şəhidlərin öz Rəbbi dərgahında, özləri üçün hazırlanmış gözəl mükafatları vardır, üstəlik, qiyamət günü onların önlərindən və sağlarından onların yolunu işıqlandıran nuru olacaqdır. Allaha və Onun elçilərinə küfr etmiş, həmçinin, rəsulumuza nazil etdiyimiz ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. Onlar qiyamət günü əbədi olaraq ora daxil olacaq və heç vaxt oradan çıxmayacaqlar.