×

الحديد

Ayə 1

Muxtəsər təfsir

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿١﴾

Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın şənini uca tutur və Ona təriflər deyir. O, Qüdrətlidir, heç kəsin Onu məğlub edə bilməz. O, yaratmaq və qədəri yazmaq xüsusunda Hikmət sahibidir.