Muxtəsər təfsir
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ ﴿٤٣﴾
Ey Məkkə əhli! Sizin kafirləriniz haqqı yalan saymış o kafirlərdən - Nuh qövmündən, Adlılardan, Səmudlulardan, Lut tayfasından, Firon və onun qövmündən yaxşıdırmı?! Yoxsa səmavi kitablarda sizin əzabdan xilas olacağınıza dair toxunulmazlıq vəd edilmişdir?!