Muxtəsər təfsir
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ﴿٥٢﴾
Ad və Səmud qövmlərindən əvvəl Nuh qövmünü də məhv etdi. Çünki Nuh qövmü Ad və Səmud qövmlərindən daha zalım və daha azğın bir qövm idi. Nuh öz qövmünün arasında doqquz yüz əlli il qalıb onları Allahın vəhdaniyyətinə dəvət etdi, lakin onlar Nuhun dəvətini qəbul etmədilər.