×

النجم

Ayə 32

Muxtəsər təfsir

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ ۖ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ﴿٣٢﴾

Onlar kiçik günahlar is­tis­na ol­maq­la, böyük günah­lar­dan və iy­rənc asiliklərdən çəki­nir­lər. Böyük günahları tərk etmək və itaəti çoxaltmaqla kiçik günahlar silinir. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəb­bin geniş məğ­firət sahibidir. Qulları Ona tövbə etdikləri zaman onların günahlarını bağışlayar. Uca Allah si­zin atanız Adəmi torpaqdan yaradanda da, siz ana­la­rı­nı­zın bətnində mərhələlərlə xəlq ediləndə də sizi yaxşı ta­nı­yırdı. Bunlardan heç bir şey Ona gizli qalmaz. Elə isə Allahdan qorxduğunuzu deyərək özünüzü tərifləməyin! Çünki Allah kimin Allah­ın əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Ondan qorx­duğunu yax­şı bilir.