Muxtəsər təfsir
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ ﴿٣٠﴾
O müşriklərin söylədikləri - mələklərə qadın adları vermələri onların qavradığı bilik səviyyəsidir. Çünki onlar cahildirlər, həqiqəti hələ dərk etməyiblər. Ey Peyğəmbər! Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, Onun yolu ilə gedəni də yaxşı tanıyır. Bunlardan heç bir şey Ona gizli qalmaz.