×

الطور

Ayə 47

Muxtəsər təfsir

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿٤٧﴾

Həqiqətən, şirk və asiliklər etməklə özlərinə zülm edənləri axirət əzabından əvvəl, bir əzab - dünyada qətlə yetirilmək və kölə edilmək, üstəlik, bərzəx aləmində qəbir əzabına düçar olmaq gözləyir. Lakin on­ların əksəriyyəti bunu bilməz və elə buna görə də küfr üzərində davam edərlər.