Muxtəsər təfsir
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ ﴿٣٨﴾
Yoxsa onların elə bir nərdivanı var ki, onun vasitəsilə göyə qalxıb Allahın vəhyini - onların haqq üzərində olduqları barədə olan vəhyi dinləyirlər?! Elə isə qoy onların o vəhyi dinləyənləri, onların haqq üzərində olduğu iddialarını təsdiqləyən açıq-aydın bir dəlil gətirsinlər!