Muxtəsər təfsir
أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ﴿٣٦﴾
Yoxsa onlar göyləri və yeri yaradıblar?! Xeyr, onlar, Allahın özlərinin Xaliqi olduğuna qətiyyən inanmırlar. Əgər onlar buna inansaydılar, Allahın tək ilah olduğunu qəbul edər və Onun rəsuluna iman gətirərdilər.