Muxtəsər təfsir
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍ ﴿٢٨﴾
İbrahim, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar İbrahimin əndişə etdiyini görüb onu arxayın edərək dedilər: “Qorxma! Biz Allahın göndərdiyi elçilərik” – dedilər və ona çox elmli bir oğlan övladı olacağı ilə müjdə verdilər. Müjdə verilən uşaq İshaq (aleyhissəlam) idi.