Muxtəsər təfsir
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ ﴿١٦﴾
İnsanı Biz yaratdıq və nəfsinin ona təlqin etdiyi xəyalları və fikirləri bilirik. Biz ona qəlbə bağlı olan boynunda yerləşən şah damarından da yaxınıq.