×

المائدة

Ayə 97

Muxtəsər təfsir

جَعَلَ ٱللَّهُ ٱلْكَعْبَةَ ٱلْبَيْتَ ٱلْحَرَامَ قِيَـٰمًا لِّلنَّاسِ وَٱلشَّهْرَ ٱلْحَرَامَ وَٱلْهَدْىَ وَٱلْقَلَـٰٓئِدَ ۚ ذَٰلِكَ لِتَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَأَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ ﴿٩٧﴾

Allah, Haram evi olan Kəbəni namaz, həcc və ümrə kimi dini və haram hüdudları daxilində əmin-amanlıq olması və Ora ruzi olaraq hər cür meyvələr gətirərək insanların dünyavi iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Haram ayları (bu aylar: zülqədə, zülhiccə, muhərrəm və rəcəb aylarıdır) onların əmin-amanlığının təminatı baxımından onlara bu aylarda döyüşməyi qadağan etmək üçün bir vasitə kimi təyin etdi. Kəbəyə gətirildiyi bilinsin deyə, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanlarını sahibinə əziyyət verilməməsi üçün bir vasitə kimi mü­əy­yən etdi. Allahın sizə bəxş etdiyi bu nemət ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi bilən olduğunu an­laya­sınız. Allahın şəriətinin -sizə fayda verib və zərər sizə gəlməzdən əvvəl sizi ondan qoruması üçün- bu cür olması, Onun insanlara nəyin daha faydlı olmasını bildiyinə dəlilidir.