×

المائدة

Ayə 93

Muxtəsər təfsir

لَيْسَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جُنَاحٌ فِيمَا طَعِمُوٓا۟ إِذَا مَا ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ ثُمَّ ٱتَّقَوا۟ وَّءَامَنُوا۟ ثُمَّ ٱتَّقَوا۟ وَّأَحْسَنُوا۟ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿٩٣﴾

Allaha iman gətirib Ona yaxınlaşmaq məqsədi ilə saleh işlər gö­rən­lə­rə, haramlardan çəkinib, Allahın onlara qəzəblənməsindən qorxub, Allaha iman gətirdikləri, yaxşı əməllər etdikləri, sonra da Allahdan qorxaraq sanki Onu görürmüş kimi Ona ibadət etdikləri təqdirdə haram edilməzdən əvvəl daddıqları şəraba görə heç bir günah sayılmaz. Allah, Onu görürmüş kimi Ona ibadət edənləri, onlar daima Allahın onları gördüyünü hiss etdikləri üçün se­vər. Çünki Allahı görürmüş kimi ibadət etmək, mömini əməlini daha yaxşı və dəqiq etməyə sövq edər.