Muxtəsər təfsir
إِنَّمَا يُرِيدُ ٱلشَّيْطَـٰنُ أَن يُوقِعَ بَيْنَكُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ فِى ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ ٱللَّهِ وَعَنِ ٱلصَّلَوٰةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾
Həqiqətən, şeytan sərxoşedici içkini və qumarı gözəl göstərməklə qəlblər arasında ədavət və kin salmaq, Allahı zikir etməkdən və namaz qılmaqdan yayındırmaq istəyər. Ey Möminlər! Siz bu pis əməlləri tərk edəcəksinizmi?! Şübhə yoxdur ki, sizə layiq olan, bu əməlləri tərk etmənizdir. Elə isə bu əməlləri tərk edin!