×

المائدة

Ayə 83

Muxtəsər təfsir

وَإِذَا سَمِعُوا۟ مَآ أُنزِلَ إِلَى ٱلرَّسُولِ تَرَىٰٓ أَعْيُنَهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ مِمَّا عَرَفُوا۟ مِنَ ٱلْحَقِّ ۖ يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱكْتُبْنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿٨٣﴾

Nəcaşi və onun havadarları kimi insanların qəlbləri yumşaq insanlardır. Çünki onlar, Qurandan nazil edi­lə­n ayələri eşitdikdə İsaya - aleyhisssəlam - nazil edilən İncildən xəbərləri olduqları üçün, Quranın Allahdan olduğunu bil­dik­lə­ri­nə görə Allah qorxusundan ağlayaraq: "Ey Rəb­bimiz! Biz Sənin rəsulun Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyinə iman gətirdik. Ey Rəbbimiz! Bizi Qiyamət günü insanlara dəlil olacaq Muhəmmədin - sallallahu aleyhi və səlləm - ümməti ilə birgə olanlarla bir ye­rə yaz!" deyərlər.