Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّـٰبِـُٔونَ وَٱلنَّصَـٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَـٰلِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٦٩﴾
Həqiqətən, möminlərdən, yəhudlərdən, bəzi peyğəmbərlərin ardıncılları olan sabiilərdən və nəsranilərdən Allaha və axirət gününə iman gətirib yaxşı işlər görənlərin qiyamət günü heç bir qorxusu olmayacaqdır və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlənməyəcəklər.