×

المائدة

Ayə 60

Muxtəsər təfsir

قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكَ مَثُوبَةً عِندَ ٱللَّهِ ۚ مَن لَّعَنَهُ ٱللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ ٱلْقِرَدَةَ وَٱلْخَنَازِيرَ وَعَبَدَ ٱلطَّـٰغُوتَ ۚ أُو۟لَـٰٓئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ عَن سَوَآءِ ٱلسَّبِيلِ ﴿٦٠﴾

Ey Peyğəmbər! De: "Cəza eti­barilə bundan daha çox ayıb tutulmağa və daha şiddətli əzaba olanı sizə xə­bər verimmi? Bu, Alla­hın Öz rəhmətindən qovduğu və qəzəbinə düçar olduğu, özlərini meymunlara və do­nuz­la­ra döndərdiyi, üstəlik, tağuta ibadət edənlərə çe­virdiyi ata-babalarıdır. Tağut: Allahdan başqa ibadət olunan və o da ona olunan ibadətdən razı qalan hər bir şeyə deyilir. Belə kimsələr, Qiyamət günü yeri daha pis olan və doğru yol­dan da­ha çox azanlardır!"