Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِۦ فَسَوْفَ يَأْتِى ٱللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُۥٓ أَذِلَّةٍ عَلَى ٱلْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى ٱلْكَـٰفِرِينَ يُجَـٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَآئِمٍ ۚ ذَٰلِكَ فَضْلُ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿٥٤﴾
Ey iman gətirənlər! Sizlərdən kim dinindən dönüb, küfrə qayıdarsa, bilsin ki, Allah onların əvəzinə dinlərində sabitqədəm olduqlarına görə, Allah onları, onlar da Allahı sevən, möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə çox şiddətli olan, Allahın kəlməsi uca oldun deyə Allah yolunda malları və canları ilə cihad edən və Allahın razılığını bütün məxluqatın razılığından önə çəkdiyi üçün tənə edənin tənəsindən qorxmayan bir qövüm gətirər. Bu, Allahın qullarından istədiynə bəxş etdiyi bir ətasıdır. Allah geniş lütf və ehsan sahibidir. Allah kimin Onun lütfünə layiq olduğunu bilib, ona Öz lütfündən bəxş edər, kim də buna layiq olmazsa, onu Öz lütfündən məhrum edər.