Muxtəsər təfsir
فَتَرَى ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يُسَـٰرِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَىٰٓ أَن تُصِيبَنَا دَآئِرَةٌ ۚ فَعَسَى ٱللَّهُ أَن يَأْتِىَ بِٱلْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِۦ فَيُصْبِحُوا۟ عَلَىٰ مَآ أَسَرُّوا۟ فِىٓ أَنفُسِهِمْ نَـٰدِمِينَ ﴿٥٢﴾
Ey Peyğəmbər! İmanı zəif olan münafiqlərin: "Yəhudi və nəsranilərin qələbə çalmasından və özlərinə dövlət qurub, onlardan bizə hər hansı bir pisliyin gəlməsindən qorxuruq"– deyərək onları özlərinə dost tutmağa can atdıqlarını görərsən. Ola bilsin ki, Allah fəthi Öz elçisinə və möminlərə nəsib etsin, yaxud onları, yəhudilərin və ya onların tərəfdarların hücumundan müdafiə etsin və beləliklə də, onları özlərinə dost tutmağa can atanlar qəlblərindəki nifaqı gizlətdiklərindən dolayı peşman olsunlar.