×

المائدة

Ayə 49

Muxtəsər təfsir

وَأَنِ ٱحْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ ٱللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ وَٱحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَنۢ بَعْضِ مَآ أَنزَلَ ٱللَّهُ إِلَيْكَ ۖ فَإِن تَوَلَّوْا۟ فَٱعْلَمْ أَنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ ۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ لَفَـٰسِقُونَ ﴿٤٩﴾

Ey Peyğəmbər! Onların arasında Alla­hın sənə na­zil etdiyi ilə hökm ver və onla­rın öz nəfsi istəklərindən gələn fikirlərinə uyma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil et­diyi hökm­lərin bəzi­sindən səni azdırmasınlar. Çünki onlar bu işdən heç vaxt əl çəkməzlər. Əgər on­lar Allahın sənə nazil etdiyi hökmü qəbul etməkdən üz dön­dər­sələr, bil ki, Allah onla­rı bəzi günahlarına gö­rə dünya müsibəti ilə əzaba dü­çar etmək istəyir. Günahlarının hamısına görə isə onlara axirətdə əzab verəcəkdir. Hə­qi­qə­tən, insanların çoxu Allaha itaət etməkdən uzaqdırlar.