Muxtəsər təfsir
إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَـٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ ﴿٣٣﴾
Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - qarşı savaşanların və yer üzündə qətlə yetirmək, insanların mallarını əllərindən almaq və quldurluq etməklə fitnə-fəsad törətməyə və ədavət salmağa səy göstərənlərin əzabı ancaq ya çarmıxa çəkilmədən və ya taxta və s. bu kimi şeylər üzərində çarmıxa çəkilərək öldürülmək, yaxud sag əllərinin və sol ayaqlarının çarpazvari kəsilməsi, əgər bundan sonra yenə də bu işə qayıdarsa sol əli və sağ ayağı çarpazvari kəsilməsi yaxud da yaşadıqları yerdən sürgün edilib, heç bir dövlətdə sakin olmağa izin verilməməkdir. Bu əzab, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.