×

المائدة

Ayə 27

Muxtəsər təfsir

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ ٱبْنَىْ ءَادَمَ بِٱلْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ ٱلْـَٔاخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ ٱللَّهُ مِنَ ٱلْمُتَّقِينَ ﴿٢٧﴾

Ey Peyğəmbər! Yəhudilərdən olan həsəd aparan zalim kəslərə Adəmin iki oğ­lu­­: Qabil və Habilin əhvalatını, bu barədə heç bir şübhə olmadan gerçək olaraq danış. O za­man hər ikisi pak olan Allaha yaxınlaşmaq məqsədi ilə qurban vermiş, Allah Habilin gətirdiyi qurbanı, o, təqva əhlindən olduğu üçün qəbul etmiş, Qabil təqva əhlindən olmadığı üçün isə onun qurbanı qəbul edilmə­miş­di. Qabil, Habilin qurbanı qəbul olunduğu üçün ona həsəd edib və demişdir: "Ey Habil, Səni hökmən öldü­rəcə­­yəm!". Habil də ona belə demişdir: "Həqiqətən Allah, Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan kimsənin qurbanını qə­bul edər.