Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُحِلُّوا۟ شَعَـٰٓئِرَ ٱللَّهِ وَلَا ٱلشَّهْرَ ٱلْحَرَامَ وَلَا ٱلْهَدْىَ وَلَا ٱلْقَلَـٰٓئِدَ وَلَآ ءَآمِّينَ ٱلْبَيْتَ ٱلْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِّن رَّبِّهِمْ وَرِضْوَٰنًا ۚ وَإِذَا حَلَلْتُمْ فَٱصْطَادُوا۟ ۚ وَلَا يَجْرِمَنَّكُمْ شَنَـَٔانُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ أَن تَعْتَدُوا۟ ۘ وَتَعَاوَنُوا۟ عَلَى ٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا۟ عَلَى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿٢﴾
Ey iman gətirənlər! Allahın etina ilə yanamanızı əmr etdiyi haramları özünüzə halallaşdırmayın. Tikişli paltar geyinmək kimi, həmçinin ov etmək kimi haram hüdudları daxilində edilməsi haram edilən əməllərdən əl çəkin. Haram aylarda: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında döyüşməyi, Allah üçün orada kəsmək məqsədi ilə göndərilən qurbanlıq heyvana qəsb etməyi, yaxud ora çatmasına mane olmağı, boynuna yundan və s. şeylərdən nişan taxılmış qurbanlıq heyvanlarını, ticarətin qazancını və Rəbbinin razılığını diləyərək Allahın toxunulmaz evinə gələnlərə qarşı hörmətsizlik etməyi özünüzə halal saymayın. Həcc və ümrə ihramından, yaxud haram hüdudlarından çıxdığınız zaman, istəsəniz ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan bir qövümə qarşı olan kin-küdurət sizi onlara qarşı zülm və haqsızlıq etməyə sövq etməsin. Ey Möminlər! Sizə əmr edilən yaxşı işləri edib, pis əməllərdən çəkinməkdə bir-birinizə yardım edin. Günah və asi işlərdə və həmçinin insanların canlarına, mallarına və namuslarına qarşı olan düşmənçilik işlərdə bir-birinizə yardım etməyin. Allahın itaətinə mültəzim olub, günahlardan çəkinərək Allahdan qorxun. Həqiqətən, Allahın Ona asi olan qullarına əzabı şiddətlidir, elə isə Onun əzabından çəkinin!