Muxtəsər təfsir
يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَـٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ﴿١٦﴾
Allah bu kitaba iman gətirib və saleh əməl edərək, Onun rizasını arayan kəsləri, Allahın əzabından salamat edən yollarına yönəldər. Bu yollar Cənnətə aparan yollardır. Onları Öz izni ilə küfür və asilik zülmətlərdən iman və itaət nuruna çıxarar və doğru, düzgün yola, İslam yoluna müvəffəq edər.