Muxtəsər təfsir
قَالَ ٱللَّهُ هَـٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّـٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١١٩﴾
Allah İsaya - aleyihssəlam - dedi: "Bu, doğru danışanlara niyyətlərinin, əməllərinin və sözlərinin doğruluqları fayda verəcəyi bir gündür! Onları ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnətlər gözləyir. Onlar orada ölməzlər. Allah onlardan razıdır, heç vaxt onlara qəzəblənməz. Onlara əbəbi nemətlər bəxş etdiyi üçün onlar da Allahdan razıdırlar. Bu, mükafat və razılıq, heç bir uğurun ona bərabər ola bilməyəcəyi böyük uğurdur.