Muxtəsər təfsir
قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةً مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿١١٤﴾
İsa - aleyhissəlam - onların tələbinə cavab verdi və Allaha: "Ey Rəbbimiz! Bizə yemək süfrə endir. Biz də Sənə şükür əlaməti olaraq onu endirdiyin günü həm təzim, həm də, bizə və bizdən sonra gələnlər üçün bayram edək və bu süfrə həm Sənin tək İlah olduğuna, həm də gətirdiyim dəlillərin doğru olduğuna dəlalət edən açığ-aydın bir əlamət olsun. Bizə, Sənə ibadət etməyə yardım edən ruzi ver, ey Rəbbimiz! Sən ruzi verənlərin ən yaxşısısan!"– deyərək dua etdi.