Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٠٥﴾
Ey iman gətirənlər! Saleh əməl etməklə öz nəfslərinizin qeydinə qalın! Siz doğru yolda olsanız, insanlardan haqq yoldan azan və sizin dəvətinizə cavab verməyənlər sizə zərər yetirə bilməzlər. Başqalarına yaxşılığı əmr edib, pislikdən çəkindirməniz haqq yolda olmanızın əlamətindəndir. Qiyamət günü dönüşünüz tək Allahadır. Allah dünyada ikən etdiyiniz əməlləri sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.